Nə Var Ki?
İsmayıl Ulkər
Bir ocaq tikəcəksən!
Söndürməyə nə var ki?
Bir ağac əkəcəksən!
Sındırmağa nə var ki?
Dada dad verəcəksən;
Külə, od verəcəksən,
Qol-qanad verəcəksən!
Sındırmağa nə var ki?
Durmadan, varacaq, san!
Muradı, saracaq, san,
Yan-yana duracaqsan!
Yan durmağa nə var ki?
Qurtulmağa buxovdan,
Azaltmalı bu tovdan!
Hay-dad salıp alovdan,
Gén durmağa nə var ki?
Gülüş olaq dodaqda
Öpüş olaq yanaqda
Baxışları ayaqda
Dondurmağa nə var ki?
Görüş mənlə, gör məni,
Barış mənlə, sar məni!
Hazırlanmış xərməni
Yandırmağa nə var ki?
Bir ocaq tikəcəksən!
Söndürməyə nə var ki?
Bir ağac əkəcəksən!
Sındırmağa nə var ki?
Dada dad verəcəksən;
Külə, od verəcəksən,
Qol-qanad verəcəksən!
Sındırmağa nə var ki?
Durmadan, varacaq, san!
Muradı, saracaq, san,
Yan-yana duracaqsan!
Yan durmağa nə var ki?
Qurtulmağa buxovdan,
Azaltmalı bu tovdan!
Hay-dad salıp alovdan,
Gén durmağa nə var ki?
Gülüş olaq dodaqda
Öpüş olaq yanaqda
Baxışları ayaqda
Dondurmağa nə var ki?
Görüş mənlə, gör məni,
Barış mənlə, sar məni!
Hazırlanmış xərməni
Yandırmağa nə var ki?
0 Comments:
Post a Comment
<< Home