Ay Vətən!
(Qarabağdan didərgin salınmış əziz soydaşlarımızın dilindən)
Üzü sənə, sərhədinin yanında
Hey baxıram yana-yana, ay Vətən.
Dağdan aşmış ömrün qurub çağında,
Gəncliyimi ana-ana, ay Vətən!
Qaçırtdılar qucağından bir zaman,
Qayıtmağa qoymadılar heç güman.
Günahsızam, qoy gəlim et imtahan.
Övladından bezməz ana, ay Vətən!
Gün gələydi sərhədini keçəydim,
Dağlarından kəklikotu biçəydim.
Bulağından bir ovuc su içəydim,
Bir gələydim din-imana, ay Vətən!
Dolanaydım Qarabağı doyunca,
Sürünəydim diz üstə Kür boyunca.
Daşlarını döndərəydim balınca,
Can gələydi bir də cana, ay Vətən!
Yaz olanda düzlərində yanaydım,
Qlış olanda dağlarında donaydım.
Ölüb barı sinən üstə qalaydım,
Yetişəydim vüsalına, ay Vətən!
Üzüm qoyub sığınaydım sinənə,
Nəzir-niyaz ayırmışam o günə.
Var-yoxumu qurban verərəm sənə,
Özcə canım da bir yana, ay Vətən!
(Qarabağdan didərgin salınmış əziz soydaşlarımızın dilindən)
Üzü sənə, sərhədinin yanında
Hey baxıram yana-yana, ay Vətən.
Dağdan aşmış ömrün qurub çağında,
Gəncliyimi ana-ana, ay Vətən!
Qaçırtdılar qucağından bir zaman,
Qayıtmağa qoymadılar heç güman.
Günahsızam, qoy gəlim et imtahan.
Övladından bezməz ana, ay Vətən!
Gün gələydi sərhədini keçəydim,
Dağlarından kəklikotu biçəydim.
Bulağından bir ovuc su içəydim,
Bir gələydim din-imana, ay Vətən!
Dolanaydım Qarabağı doyunca,
Sürünəydim diz üstə Kür boyunca.
Daşlarını döndərəydim balınca,
Can gələydi bir də cana, ay Vətən!
Yaz olanda düzlərində yanaydım,
Qlış olanda dağlarında donaydım.
Ölüb barı sinən üstə qalaydım,
Yetişəydim vüsalına, ay Vətən!
Üzüm qoyub sığınaydım sinənə,
Nəzir-niyaz ayırmışam o günə.
Var-yoxumu qurban verərəm sənə,
Özcə canım da bir yana, ay Vətən!
0 Comments:
Post a Comment
<< Home